İndoneziyada ildırım düşən Ruanq vulkanı yenidən püskürdü: Qorxunc görüntülər - VİDEO

İndoneziyada ildırım düşən Ruanq vulkanı yenidən püskürdü: Qorxunc görüntülər - VİDEO
30 2024 15:09

İndoneziyada Ruanq vulkanı yenidən püskürüb.

Səhər erkən saatlarda çaxan ildırım vulkanın kraterini işıqlandırıb və bu fonda vulkandan püskürən partlayıcı qaynar lavanın görüntüləri ətrafdakıları dəhşətə gətirib.

Səlahiyyətlilər tərəfindən Ruanqla bağlı həyəcan statusu ən yüksək səviyyəyə qaldırılıb və sakinlərə vulkana yaxınlaşmamaq barədə çağırış edilib. Həmçinin təxliyə zonasını genişləndirmək barədə qərar verilib.

Eyni zamanda sunaminin ola biləcəyi də qeyd edilib.

İndoneziya Vulkanologiya və Geoloji Təhlükələrin Azaldılması Mərkəzindən verilən məlumata görə, vulkana ən yaxın olan Taqulandanq adasında yaşayan sakinlərə xəbərdarlıq edilib və bildirilib ki, vulkanik materialın okeana qarışması nəticəsində sunami yarana bilər.  

Xatırladaq ki, daha əvvəl vulkan püskürməsi nəticəsində yüzlərlə insan təxliyə edilib, evlərə ziyan dəyib və əyalətin paytaxtı Manadoda hava limanı bağlanıb.

Vulkanla bağlı yayılan görüntülərdə Ruanqın krateri üzərində çaxan ildırımlar, lava və daşlardan ibarət qırmızı od buludlarının havaya qalxdığı və adanın üzərinə çökdüyü kadrlar yer alıb.

Vulkanologiya və Geoloji Təhlükələrin Azaldılması Mərkəzi püskürmə sütununun 5 kilometr (3,1 mil) hündürlüyünə çatdığını bildirib və 7 km (daha əvvəl 6 km) məsafədə qalan bütün sakinlərin dərhal təxliyə edilmələrinə çağırıb.

Manadodakı Sema Ratulanq hava limanı vulkanik külün yayılması ehtimalına qarşı yenidən bağlanıb və ertəsi gün günortaya qədər bağlı qalacağı qeyd edilib.


21 May 2024
Dünya

Putin Özbəkistana rəsmi səfərə yollanacaq

Rusiya Prezidenti Vladimir Putin ilə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev arasında telefon danışığı olub.

21 May 2024
Dünya

Avro ucuzlaşdı, lirə bahalaşdı

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələri açıqlanıb.

21 May 2024
Dünya

Rusiyanın paytaxtı Moskvada yerləşən "Gran Plus" Ticarət Mərkəzində yanğın başlayıb.

21 May 2024
Dünya

İranda Rəisi və onunla birlikdə həlak olan hökumət üzvləri ilə vida mərasimi keçirilir

İranın müxtəlif şəhərlərində ölkə Prezidenti İbrahim Rəisi və onunla birlikdə helikopter qəzasında həlak olan hökumət nümayəndələri ilə vida mərasimləri keçiriləcək.